Şrift:
Azərbaycanda koronavirusa daha 104 yoluxma faktı qeydə alınıb, 55 nəfər sağalıb
12.05.2020 [18:52] - Xəbərlər, Siyasət
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 104 yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb.
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed