Şrift:
İqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi üçün elmi fəaliyyət planı hazırlanacaq
13.05.2020 [11:01] - Gündəm, Mədəniyyət
Dünyada baş verən iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi, təsir dairəsi və qabaqlayıcı tədbirlərin proqnozlaşdırılması ilə bağlı bir ay müddətində elmi fəaliyyət planı hazırlanacaq.

AMEA-dan bildirilib ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev postpandemiya dövründə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı rəhbərlik etdiyi qurumda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında açıqlamasında deyib.

Akademik diqqətə çatdırıb ki, fəaliyyət planının hazırlanıb AMEA-nın Rəyasət Heyətinə təqdim olunması üçün Coğrafiya, Fiziologiya, Botanika, Genetik Ehtiyatlar, Torpaqşünaslıq və Aqrokimya, Mikrobiologiya və Dendrologiya institutlarına tapşırıq verilib.

Qeyd edək ki, postpandemiya dövründə Azərbaycan elminin vəzifələri ilə əlaqədar Tədbirlər Planı AMEA Rəyasət Heyətinin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed