Şrift:
Şəms Təbrizinin doğum günü onlayn qeyd ediləcək
13.05.2020 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Şəms Təbrizi” İnstitutu ilə İranın Humanitar və Fəlsəfə Araşdırmaları Mərkəzi İranın görkəmli azərbaycanlı şairi Şəms Təbrizinin doğum gününü onlayn şəkildə keçirəcək.

Hər il iyulun 29-da İranda Şəms Təbrizi Günü kimi qeyd edilir. Bununla əlaqədar olaraq beynəlxalq elmi konfrans və simpoziumlar təşkil olunurdu. Lakin cari ildə koronaviris pandemiyası ilə əlaqədar olaraq dahi şairin doğum günü onlayn şəkildə elmi müsabiqə ilə qeyd olunacaq. Bunun üçün xüsusi (info@anjoman-erfan.com) elektron ünvan yaradılıb. Müsabiqədə iştirak etmək üçün Azərbaycanın, Türkiyənin, Orta Asiya respublikalarının və bəzi Şərqi Avropa ölkələrinin universitetlərinə dəvətnamə göndərilib. Müsabiqədə iştirak etmək istəyən tədqiqatçı alimlər məqalələrini yuxarıda göstərdiyimiz e-poçta göndərə bilərlər. Müsabiqəyə humanitar sahədə tədqiqatlar aparan elmi mərkəzlər də məqalə təqdim edə bilərlər. Məqalələr iyulun 21-dək qəbul ediləcək.

Şəms Təbrizi ləqəbi ilə tanınan Məhəmməd Bin Əli İbn Məlikdad 1185-ci il Təbrizdə anadan olub. Onun şerləri XII əsrdə bütün Yaxın Şərqdə, Türkiyədə, Asiyada dillər əzbəri olub. Şeirlərindən ibarət kitablar bu gün də ABŞ-da ən çox satılan kitablar arasındadır. Şair 1248-ci ildə İranın Qərbi Azərbaycan vilayətindəki Xoy şəhərində dəfn edilib.

Qeyd edək ki, iyulun 29-da Şəms Təbrizinin, 30-da isə görkəmli filosof şair Cəlaləddin Məhəmməd Belihin də (Cəlaləddin Rumi) doğum günü olduğundan müsabiqəyə onunla bağlı məqalə və tədqiqat əsərləri təqdim edilə bilər.
Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed