Şrift:
DYP: Ötən gün xüsusi karantin rejimini pozan 341 nəfər cərimələnib
13.05.2020 [11:20] - Gündəm, Hüquq
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün xüsusi karantin rejimini pozan şəxslərin sayını açıqlayıb.

İdarədən bildiriblər ki, ölkədə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə mayın 12-si saat 00:00-dan mayın 13-ü saat 00:00-dək olan müddətdə respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 341 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.
Bu xəbər oxucular tərəfindən 170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed