Şrift:
Şərqi Azərbaycanda təcili yardım mərkəzinin 13 əməkdaşı koronavirusa yoluxub
13.05.2020 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətində təcili yardım mərkəzinin 13 əməkdaşı koronavirus infeksiyasına yoluxub, onlardan biri dünyasını dəyişib.





Bu barədə Təbriz Tibb Universitetinin təcili yardım mərkəzinin direktoru Fərzad Rəhmani mılumat verib.





Rəhmaninin sözlərinə görə, təcili yardım mərkəzinin 25 əməkdaşı koronavirus şübhəsi ilə testdən keçib, onlardan 12-nin cavabı pozitiv çıxıb.





Sarab təcili yardım mərkəzində çalışan bir əməkdaşın koronavirus xəstəliyindən öldüyünü bildirən Rəhmani qeyd edib ki, infeksiyaya yoluxan əməkdaşlardan 4 nəfəri tam sağalaraq işlərinə geri dönüblər.





Təcili yardım mərkəzi əməkdaşlarının koronavirusa yoluxma səbəblərini açıqlayan Rəhmani həmin əməkdaşların əlaqədə olduqları xəstələrin koronavirus daşıyıcısı olduğunu daha sonra öyrəndiklərini deyib.





“Belə hallarda fərdi qoruyucu vasitələrdən istifadə etmək üçün artıq gec olub və əməkdaş bir başa təhlükə ilə üz-üzə qalıb”- deyə o artırıb.





Güney Azərbaycanın müxtəlif şəhərlərində çalışan tibb işçiləri dəfələrlə fərdi qoruyucu vasitələrin çatışmazlığından şikayətlənərək sağlamlıqlarının təhlükə altında olduğunu vurğulayıblar.





Daha öncə Şərqi Azərbaycanın Sarab şəhərinin İran parlamentindəki millət vəkili Yusif Davudi koronavirus infeksiyası ilə mübarizədə ayrı-seçkiliyə yol verildiyini bildirərək hökumətin Azərbaycana kifayət qədər büdcə vəsaiti və tibbi imkanların ayırmadığını kəskin tənqid etmişdi.





“Son günlərdə hökumət rəsmiləri maska, qoruyucu geyim, dezinfeksiya vasitələri və s. almaq üçün virusun çox yayıldığı şəhərlərə milyardlar tümən məbləğində vəsait ayrıldığını bildirir. Təəssüflər olsun ki, Sarab Tibb Fakültəsinə, bəlkə də bizim əyalətimizə bir rial belə ödənilməyib” - deyə o vurğulamışdı.





Davudinin sözlərinə görə, bu ayrı-seçkilik səbəb olub ki, Şərqi Azərbaycan xəstəxanaları tibbi xidmət üçün lazımi imkanların əldə edilməsində problemlə üzləşsin.
Bu xəbər oxucular tərəfindən 329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed