Şrift:
Türkiyə ərazisində bu həftə Afrika istiləri gözlənilir
13.05.2020 [15:02] - Xəbərlər, Bildiriş
Mayın 14-dən etibarən Türkiyə ərazisində Şimali Afrikadan gələn isti hava kütləsinin təsiri gözlənilir.

Bu barədə ölkənin Hidrometeorologiya İdarəsindən bildirilib.

Ölkə ərazisində ən yüksək temperaturun (38 ) mayın 17-də Antalya şəhərində olacağı proqnozlaşdırılır ki, bu da 1945-ci ildən həmin gün üçün ən yüksək göstəricidir.

Ümumiyyətlə, bu həftə sonu Antalya, İsparta, Burdur və Muğla şəhərlərində havanın temperaturunun maksimuma yüksəlməsi, mövsüm normalarından 10-12 dərəcə yüksək olması gözlənilir.

Mütəxəssislər bu, anormal hava şəraitinin iki həftə davam edəcəyini bildirirlər.
Bu xəbər oxucular tərəfindən 180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed