Şrift:
İtaliyada karantin qaydalarının pozulmasına görə cərimə azaldılıb
13.05.2020 [15:04] - Gündəm, Sosial
İtaliya parlamentinin deputatlar palatası koronavirusun yayılması ilə bağlı karantin qaydalarının pozulmasına görə müəyyən edilən maksimal cərimənin azaldılmasına yekdilliklə səs verib.

İtaliya parlamentinin saytı xəbər verir ki, deputatların qəbul etdiyi düzəlişlər cərimə sanksiyasının tavanını 3 min avrodan min avroya endirib. Bundan sonra cərimələrin məbləği 400-1000 avro arasında dəyişəcək. Əvvəlki cərimə məbləği martın sonlarında hökumətin başçısı Cüzeppe Konte tərəfindən müəyyən edilmişdi.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatıma əsasən, martın 11-dən bu yana ölkədə 400 mindən çox insan və 10 minə yaxın müəssisə karantin rejimini pozub.

Mayın 4-də ölkədə yoluxma və ölüm hallarının azalması fonunda məhdudiyyətlərin bir hissəsi aradan qaldırılıb. İndi italiyalılar region daxilində qohumlarını ziyarət edə, parklarda dincələ və az sayda insanın qatıldığı dəfn mərasimlərində iştirak edə bilirlər.

Pandemiyanın onlayn statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 14:40-a olan məlumatına əsasən, İtaliyada 221 mindən çox yoluxma və 30 min 911 ölüm faktı qeydə alınıb, 109 min 39 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed