Şrift:
Portuqaliya Futbol Federasiyasının təşəbbüsü ilə koronavirusa qarşı mübarizə üçün 600.000 avro vəsait toplanıb
14.05.2020 [11:53] - Gündəm, Sosial
Portuqaliya Futbol Federasiyasının (FPF) və SIC “Portuqaliya üçün Birlik” (Unidos por Portugal) telekanalının təşəbbüsü ilə koronavirusa qarşı mübarizə məqsədilə başlanmış kampaniya çərçivəsində 600 min avroya yaxın vəsait toplanıb. Bu vəsait COVID-19 pandemiyasına qarşı mübarizə üçün istifadə edilib.

FPF-in bu gün elan edilmiş bəyanatında bildirilir ki, bu təşəbbüs çərçivəsində şəxsi ianələr, həmçinin kampaniyaya qoşulmuş brendlərin və şirkətlərin töhfəsi şəklində 594.567 avro məbləğində vəsait toplanıb. Həmin vəsait hesabına təkcə aprel ayının ortalarında 200 min maska, xeyli əlcək, 4000 litrə yaxın dezinfeksiyaedici gel və 6000-dən çox günlük alınıb.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed