Şrift:
OPEK: “İranın gündəlik neft hasilatı 2 milyon bareldən aşağı düşüb”
14.05.2020 [15:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın aprel ayındakı gündəlik neft hasilatı mart ayı ilə müqayisədə 53 min barel azalaraq, 1 milyon 969 min barelə düşüb.



Bu barədə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) mayın 13-də yaydığı aylıq hesabatında bildirilir.



İranın beynəlxalq sanksiyaların tətbiqindən əvvəl gündəlik neft hasilatı 3 milyon 820 barel idi. Bildirilir ki, İranda neft hasilatının azalmasının səbəblərindən biri, ölkə ixracatının minimuma enməsi və ölkə daxilində xam neftə olan tələbatın azalmasıdır.



OPEC-in yeni hesabatında bildirilir ki, bu ilin aprel ayında mart ayı ilə müqayisədə İranda neftə olan gündəlik tələbat 120 min barel azalıb. Halbuki, bir neçə ay əvvəl İranın xam neftə olan daxili tələbatı gündəlik 1.8 milyon barel təşkil edirdi.



Hesabatda həmçinin qeyd edilir ki, OPEC-ə üzv olan 13 ölkənin aprel ayındakı neft hasilatı ümumilikdə 30 milyon 412 min barel olub. Bu rəqəm isə əvvəlki ayda, yəni mart ayında 28 milyon 614 barel idi.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed