Şrift:
Sərçəm-Ərdəbil magistral yolunda baş verən avtomobil qəzası ana ilə balanın canını aldı
14.05.2020 [15:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində baş verən avtomobil qəzasında ana ilə 5 yaşlı uşağı dünyasını dəyişib.





Hadisə dünən axşam saatlarında Güney Azərbaycanın təhlükəli və qeyri-standart yollarından olan Sərçəm-Ərdəbil magistralında baş verib.





Bu barədə, Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Vəhid Şadiniya mediaya açıqlamasında məlumat verib.





Məlumata görə, hadisədə yük maşını ilə “L 90” markalı minik maşını toqquşub. Qəza zamanı 29 yaşlı qadın beş yaşında olan oğlu ilə hadisə yerində ölüb.





Hadisə nəticəsində yaralanan ata və ailənin digər uşağı isə xəstəxanaya yerləşdirilib.





Şadiniya həmçinin bildirib ki, Mərənd-Xoy magistral yolunda baş verən digər hadisədə bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.





Hadisədə “Pejo” markalı minik maşını sürücünün avtomobilin idarəetməsini itirdiyi nəticəsində elektrik dirəyinə çırpılıb.





Məlumata görə, qəza nəticəsində 29 yaşlı bir qadın dünyasını dəyişib, xəsarət alan 35 yaşlı kişi isə Mərəndin “Kuhkəməri” xəstəxanasına yerləşdirilib.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.





Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi Əli Səfayifərdin verdiyi məlumata görə, ötən il (İranda yeni il Novruz bayramında başlayır) əyalətdə baş verən yol qəzalarında 882 nəfər həyatını itirib.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed