Şrift:
Amerika İranı terrorizmlə mübarizədə əməkdaşlıq etmədiyi üçün qara siyahıya salıb
14.05.2020 [15:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İran da daxil olmaqla, 5 ölkəni bu ölkə ilə terrorizm əleyhinə mübarizədə əməkdaşlıq etməməkdə ittiham edib.



Dövlət Departamentinin yaydığı bəyanatda digər 4 ölkə- Kuba, Şimali Koreya, Suriya və Venesuelanın 2019-cu ildə ABŞ-la terrorizmə qarşı apardığı mübarizədə tam əməkdaşlıq etmədikləri üçün İranla birlikdə qara siyahıya salındıqları deyilir.



Həmin ölkələr içərisində Kuba 2015-ci ildən bu yana ilk dəfə olaraq qara siyahıya əlavə edilir. Barak Obama administrasiyası 5 il əvvəl bu ölkəni həmin siyahıdan çıxarmışdı.



Xatırladaq ki, ötən gün İsrailə səfər edən Dövlət katibi Mayk Pompeo İranı koronavirusun kəskin yayılmasına rəğmən, hələ də terror qruplarına dəstək göstərməklə məşğul olmaqda ittiham etmişdi.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed