Şrift:
Türkiyədə koronavirusa görə testdən keçənlərin sayı 1.5 milyon nəfəri ötüb
15.05.2020 [09:16] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirlərinə baxmayaraq, yoluxma və ölüm halları tam aradan qalxmayıb.

Səhiyyə Nazirliyi xəbər verir ki, mayın 14-də ölkə üzrə 34 min 821 nəfər testdən keçirilib. Onlardan 1635 nəfər xəstə çıxıb. Bildirilir ki, gün ərzində 2315 nəfər sağalıb, 55 nəfər dünyasını dəyişib. Beləliklə, adıçəkilən infeksiyadan sağalanlar 104 min 30, ölənlərin sayı isə 4007 nəfərə çatıb.

Bu vaxtadək ölkə üzrə 1 milyon 508 min 824 nəfər testdən keçirilib. Onlardan 144 min 749 nəfər müalicəyə cəlb olunub. Hazırda 963 nəfər reanimasiyada, 508 xəstə süni nəfəs aparatındadır.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed