Şrift:
Koronavirus pandemiyası Qış Olimpiya Oyunlarına hazırlıqlara təsir göstərməyib
15.05.2020 [10:07] - Gündəm, İdman
Koronavirus pandemiyası 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıqlara təsir göstərməyib.

TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən videokonfransda bildirib.

O, qeyd edib ki, Pekində 2022-ci ildə baş tutacaq Qış Olimpiya Oyunlarına hazırlıq çox yaxşı gedir. Qış idman növləri üzrə beynəlxalq federasiyaların iştirakı ilə koordinasiya komissiyasının növbəti iclası iyunda keçiriləcək. Pekinə BOK tərəfindən göstərilən dəstək davam edəcək.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarının Pekində 2022-ci il fevralın 4-dən 20-dək keçirilməsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 197 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed