Şrift:
İstanbulun Topkapı Sarayında 200 yeni əsər sərgilənəcək
15.05.2020 [10:08] - Xəbərlər, Türk dünyası-Turan
Dünyanın ən məşhur tarixi yerlərindən biri olan İstanbulun Topkapı Sarayında 200 yeni əsər sərgilənəcək.

Bu barədə Türkiyənin Milli Saraylar İdarəsindən bildirilib.

Sarayın saxlama bölümündən 2 min 700 tarixi əsər çıxarılıb və hazırda onların bərpa işləri aparılır.

Bu, yeni əsərlərlə birlikdə idarənin rəsm muzeyində Osmanlı padşahlarının portretlərindən ibarət Türkiyənin ən böyük kolleksiyası yaradılıb.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən bağlı olan Topkapı Sarayının bu il yenidən açılması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 526 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed