Şrift:
Ermənistanda karantin müddəti uzadıldı
15.05.2020 [10:28] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Ermənistan hökuməti bu gün koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq olunan fövqəladə vəziyyəti daha 30 gün uzatmaq niyyətindədir.

“armenpress” xəbər verir ki, məsələ bu gün Ermənistan hökumətində müzakirəyə çıxarılaraq müvafiq qərar veriləcək.



Qeyd edək ki, Ermənistanda fövqəladə vəziyyət martın 16-dan etibarən tətbiq edilib və ilkin müddət aprelin 14-də bitib. Aprelin 14-də daha 30 gün müddətinə mayın 14-ə kimi uzadılıb. Bu gün isə həmin müddət bitir. İndi hökumət yenidən fövqəladə vəziyyət rejimini bir ay müddətinə iyunun 13-dək uzatmaq niyyətindədir.



Səbəb isə ölkədə koronavirus infeksiyasına yoluxma halının hələ də yüksək səviyyədə olmasıdır.



Ermənistanda koronavirus infkesiyasına 3860 nəfər yoluxub və 49 nəfər ölüb. Təkcə mayın 13-də 142 nəfərdə infeksiyaya yoluxma halı qeydə alınıb.
Bu xəbər oxucular tərəfindən 244 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed