Şrift:
“Sən çağırsan gələrəm mən” Xarkov Beynəlxalq Film Festivalına yol tapıb
15.05.2020 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sən çağırsan gələrəm mən” sənədli filmi Ukraynada keçiriləcək Xarkov beynəlxalq film festivalının yekun mərhələsinə yol tapıb.





Güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin əsəri olan film 2019-cu ildə Novruz bayramı günlərində “Türkmən Səhra”da baş verən sel fəlakəti ilə bağlıdır.





“Sən çağırsan gələrəm mən” sənədli filmində Azərbaycan, türkmən və qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunub, birliyin yaranmasında futbol və “Traxtur” komandasının rolu önə çəkilib.





Müəllif çəkdiyi filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən Gümüştəpədə qayıqları aşdığı üçün canlarını itirən altı xilasediciyə həsr edib.



“Türkmən səhra bölgəsində baş verən sel fəlakəti ilə bağlı xəbər yayıldıqdan dərhal sonra Azərbaycan və qaşqay türklərinin yardım karvanı təbii fəlakət bölgəsinə yollandı. Yardım karvanları “Traxtur” komandası banerləri və “Sən çağırsan gələrəm mən” sədası ilə hərəkət edib Türkmən Səhrada türk ellərinin birliyini nümayiş etdirdilər. Türk ellərinin bu şəkildə dayanışma nümayiş etdirməsi şiə və sünni bölgələri arasında mümkün inamsızlığı aradan qaldırdı. Siyasilərin öhdəsindən gələ bilmədiyi işi bir top görə bildi.”- deyə Məhəmməd Əlimuradi çəkdiyi sənədli film barəsində yazmışdır.
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed