Şrift:
Özbəkistanda COVID-19 koronavirusu ilə bağlı karantin rejimi iyunun 1-dək uzadılıb
15.05.2020 [11:06] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistanda COVID-19 koronavirusu ilə bağlı karantin rejimi iyunun 1-dək uzadıb.

Mayın 15-dən Daşkənddən ölkənin Nukus, Urgenc, Termez şəhərlərinə təyyarə reysləri, Səmərqənd, Buxara, Nəvai, Karşi şəhərlərinə və Fərqanə vadisinə dəmiryol əlaqəsi açılacaq, muzeylər, parklar, stadionlar öz fəaliyyətini bərpa edəcək. Hələ ki, ictimai nəqliyyat, o cümlədən metro işləmir.

Son sutka ərzində Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 2652 nəfərə çatıb.

Bu günədək 2136 xəstə sağalıb, 505 nəfər müalicə olunur, 11 nəfər ölüb.

Bildirilir ki, hazırda karantində 40 mindən artıq adam var.
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed