Şrift:
Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək
15.05.2020 [14:15] - Gündəm, Hərb
Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed