Şrift:
Amerika İranın sanksiyaları pozmaq üçün etdiyi fırıldaqlar barədə xəbərdarlıq yayıb
15.05.2020 [14:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerika Birləşmiş Ştatları İran, Şimali Koreya və Suriyanın sanksiyaları pozmaq üçün etdikləri fırıldaqlar barədə bələdçi kitabçası yayıb.



Dövlət Departamenti, Maliyyə Nazirliyi və Xarici Aktivlərə Nəzarət İdarəsinin birgə nəşr etdiyi kitabçada dünya ölkələrinin gəmiçilik şirkətlərinə və sığorta qurumlarına xəbərdarlıq edilir.



ABŞ onlara hər 3 ölkənin sanksiyaları pozmaq üçün etdiyi fırıldaqlar barədə məlumat verərək, bu kimi fəaliyyətlərdə həmin ölkələrlə əməkdaşlıq etməyin o qurumların özlərinin də sanksiyalara məruz qalmalarına səbəb olacağını bildirir.



Kitabçada qeyd edilir ki, şirkətlər ABŞ tərəfindən nəşr edilən tövsiyələrə əməl etməklə, hər 3 ölkənin embarqoları pozmaq üçün həyata keçirdiyi fırıldaqçılıqlardan xəbərdar ola bilərlər.



Kitabçada ABŞ və Birləşmiş Millətlər Təşkilatının sanksiyaların pozulması kimi dəyərləndirdikləri əməliyyat növləri də tövsiyələrlə birlikdə nəşr edilib.



Sonda rəsmi Vaşinqtonun embarqoların pozulmamasını qətiyyətlə təqib etdiyi və bu istiqamətdə qeyri- qanuni fəaliyyəti heç bir şirkət və ya şəxsə bağışlamayacağı vurğulanır.



Bu bələdçi kitabçası bir müddət əvvəl ABŞ hökuməti tərəfindən dərc edilmiş təlimatlara əlavə hesab edilir.



Qeyd etmək lazımdır ki, tez- tez İranın beynəlxalq sularda öz gəmilərinin siqnal yayma sistemini bağlamaqla, qeyri- qanuni yük daşıma ilə məşğul olduğu, bununla da ABŞ sanksiyalarını pozmağa çalışdığına dair dəfələrlə məlumatlar yayılıb.
Bu xəbər oxucular tərəfindən 37 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed