Şrift:
Pompeo: “İran rejimi dərhal Suriyadan çıxmalıdır”
15.05.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İsraildə səfərdə olan ABŞ-ın dövlət katibi Mayk Pompeo mayın 14-də bu ölkənin “Kan 11” telekanalında Gili Kohenə verdiyi müsahibəsində İran rejiminin Suriyadakı təxribat xarakterli fəaliyyətindən və rəsmi Tehrana qarşı maksimum təzyiq kampaniyasından danışıb.



Pompeo deyib ki, o İranın fərqli bir qərar qəbul edərək tez bir zamanda öz qüvvələrini Suriyadan çıxaracağına ümidvardır: “İsrail və Amerika Birləşmiş Ştatları açıq şəkildə İran rejiminə bildiriblər ki, Suriyadan çıxmalıdır. Biz bu mövzunu şəffaf şəkildə Bəşər Əsəd rejiminə də bildirmişik.



İran xalqı yaxşı bilir ki, ölkə iqtisadiyyatı neftin qiymətinin aşağı düşməsindən və koronavirusun yayılmasından əziyyət çəkdiyi bir vaxtda ölkənin pul və maddi sərvətini Suriyada hədər verilməsi və iranlıların bu ölkədə tələf olunması ölkənin maddi qaynaqlarından düzgün və səmərəli istifadə üsulu deyil.



Hesab edirik ki, bizim İran rejiminin dünyada terrorizmi yaymasının qarşısını almağımız və onu maddi mənbələrdən məhrum etməklə bağlı proqramımız, eləcə ddə Tehrana qarşı apardığımız maksimum təzyiq kampaniyası artıq öz təsirini göstərib.



Ümid edirik ki, İran rejimi daha fərqli bir qərar qəbul edərək, 6 milyon insanın evindən-yurdundan didərgin düşməsinə və on minlərlə insanın ölümünə səbəb olan Suriyada terrorizmə dəstəklə bağlı fəaliyyətini dayandıracaq və tez bir zamanda öz hərbi qüvvələrini bu ölkədən çıxaracaq” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo İsrailin “Kan 11” telekanalına müsahibəsində bəyan edib.
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed