Şrift:
Ermənilər yaxşı bilir: “Bir gün işğal faktına görə cavab verməli olacaqlar”
15.05.2020 [14:24] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Paşinyan özünü millətçi kimi göstərməklə daxildə bəzi qüvvələri yanında saxlamaq istəyir. Lakin millət boş sözlərə inanmır”

“Ermənistanın işi-gücü qurtarıb, indi arxivlə işləməyə başlayıblar. Amma nə daxili auditoriyanı, nə xarici dövlətləri və beynəlxalq qurumları belə məsələlərlə məşğul edə biləcəklər”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev deyib.

Sabiq deputat qeyd edib ki, Paşinyan babasının legioner olduğunu göstərməklə özünü qərb dairələrinə yaxşı təqdim etməyə çalışır:
“Paşinyan başa düşməlidir ki, Qərbdə dəyərlər mövcuddur və dəyərlərə görə hörmət edirlər. Qərbdə əsas dəyərlər insan haqlarına və bir dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmaq, humanitar davranış qaydalarına əməl etməkdir. Ermənistan 1 milyon 200 min adamın hüququnu tapdalayıb, əmlakını dağıdıb. Bu ölkə heç bir hüquqa, beynəlxalq konvensiyaya əməl etmir, Qərb dəyələrinə sayğı ilə yanaşmır. İndi isə birdən –birə guya Paşinyanın babası Qərbdə Rusiyaya qarşı döyüşən bir legioner olub faktını üzə çıxarıblar. Paşinyan digər tərəfdən özünü millətçi imici ilə göstərməklə daxildə bəzi qüvvələri arxasında saxlamaq istəyir. Lakin millət boş sözlərə inanmır.

Erməni xalqı bilir ki, günün birində işğal faktına görə cavab verməli olacaqlar. Artıq Ermənistanda etirazlar başlayıb. Hesab edirəm ki, belə məsələlərə əhəmiyyət vermədən, kiminsə babası legioner, kommunist ya da daşnak olursa-olsun, fərq etməz, ölkəmizə qarşı işğalçılıq siyasəti yürüdübsə düşmənimizdir. Dövlət olaraq ölkəmizin mənafeyindən çıxış edirik. Ərazilərimiz işğaldan azad olunmayana qədər kim hansı dona bürünürsə-bürünsün bizim üçün milli maraqlar əsasdır.

Ədalətli status-kvo bərpa olunmayınca, milli maraqlar yerində oturmayınca, kimin kim olmasından asılı olmayaraq, onu düşmən sayırıq. Belə absurd məsələlərlə məşğul olan rejimin gücsüz olduğunu bəyan etmək istəyirəm. Düşünürəm ki, biz şahmat termininə əsasən mütəmadi olaraq qaralarla oynamalı deyilik. Ortaya bir söz atırlar və həmin sözün ətrafında bizi oynatmağa çalışırlar. Fikrimcə, əməli tədbirlər görməklə bu məsələlərə son qoya bilərik”.

Yeganə Bayramova/sherg.az
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed