Şrift:
Misir ordusu Şimali Sinayda 7 terrorçunu məhv edib
16.05.2020 [09:53] - Gündəm, Hərb
Şimali Sinay vilayətində iki həftə əvvəl Misir Silahlı Qüvvələrinin əsgərlərini qətlə yetirən terrorçu qruplaşmaya qarşı daha bir əməliyyat həyata keçirilib.

Bu barədə jurnalistlərə ordunun sözçüsü Tamer Əl-Rəfai məlumat verib. O bildirib ki, antiterror əməliyyatı zamanı 7 terrorçu məhv edilib, ərazidən 10 partlayıcı qurğu və çoxlu sayda silah-sursat götürülüb.

Misir ordusu may ayında Şimali və Mərkəzi Sinay ərazisində keçirdiyi 12 antiterror əməliyyatında 126 terrorçunu məhv edib. Bu əməliyyatlarda Silahlı Qüvvələrin üç zabiti və səkkiz əsgəri həlak olub. Terrorçuların düşərgələrində 630 partlayıcı qurğu aşkar edilərək götürülüb, səkkiz tunel dağıdılıb. Bundan başqa, Misirin Hərbi Hava Qüvvələri tərəfindən silahlı qruplaşmaya məxsus 228 sığınacaq, 116 nəqliyyat vasitəsi də bombalanaraq sıradan çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed