Şrift:
ABŞ-da koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib
16.05.2020 [09:58] - Xəbərlər, Sosial
Amerikalı ekspertlər COVID-19 infeksiyasına qarşı potensial vaksinlərin 14 variantını seçib

Amerika KİV-ləri xəbər verir ki, bunu jurnalistlərə ABŞ Prezidenti Donald Tramp deyib.

“Hakimiyyət orqanlarında çalışan ekspertlərimiz bütün dünya üzrə sınaqları keçirilən potensial vaksinlərin 100-ə yaxın variantının qiymətləndirilməsində iştirak ediblər. Onlar daha perspektivli görünən 14 vaksin variantını seçiblər. Hazırda həmin vaksinlərin sayının azaldılması üzrə çalışmalar davam edir”, - deyə ABŞ Prezidenti bildirib.

Donald Trampın sözlərinə görə, Birləşmiş Ştatlar peyvəndin ilin sonuna qədər və hətta daha tez əldə ediləcəyinə ümid bəsləyir. Vaksinlər ABŞ ərazisində istehsal olunacaq.

Dövlət başçısı, həmçinin ABŞ hakimiyyət orqanlarının vaksinlərin sınaqlarının sürətləndirilməsi və onların istifadəsinə icazələrin alınması üçün hər şeyi edəcəyini deyib. Onlar ən perspektivli prototiplərin istehsalına investisiya yatırmağa hazır olacaq.
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed