Şrift:
Tehranın sabiq meri Məhəmmədəli Nəcəfi yenidən həbsə məhkum edilib
16.05.2020 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Cinayət Məhkəməsinin 1 saylı şöbəsi Tehranın sabiq icra başçısı Məhəmmədəli Nəcəfini həyat yoldaşı Mitra Üstadı qəsdən öldürdüyü üçün yenidən 6 il 6 ay həbsə məhkum edib.



Bu barədə məlumat yayan Nəcəfinin vəkili Həmidrza Qoudərzi hökmün bu yaxınlarda çıxarıldığını, habelə müvəkkilinə qarşı digər ittihamlar üzrə də cəzaların nəzərdə tutulduğunu, onların da yaxın zamanda elan ediləcəyini deyib.



Xatırladaq ki, 2019-cu ilin may ayında Məhəmmədəli Nəcəfinin odlu silahdan istifadə etməklə, öz həyat yoldaşı Mitra Üstadı öldürməsi barədə xəbərlər yayılmışdı. Daha sonra xanım Üstadın ailəsinin qisa hökmündən "keçdiyi", bu səbəbdən də Nəcəfinin qəsdən adam öldürmə ittihamı ilə 6 il yarım və qanunsuz olaraq odlu silah saxlama ittihamı ilə isə 1 il 3 ay həbsə məhkum edildiyi bildirilmişdi.


Keçən ay İranın Ali Məhkəməsi ittihamı qəsdən adam öldürmədən "ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olma" ilə dəyişdirilməsi barədə qərar vermiş və ilkin məhkəmə instansiyasının hökmünü ləğv etmişdi.


Cari ilin may ayının 3-də keçirilmiş 2-ci məhkəmədə Nəcəfi qəsdən adam öldürmə ittihamını rədd edərək, xanımını qətlə yetirdikdən sonra bir müddət intihar etmək və ya polisə təslim olmaqla bağlı qərarsın qaldığını deyib. O, həmçinin Mitra Üstadın ailəsindən 10 milyon tümən qarşılığında qisas hökmündən keçməsi üçün razılıq aldığını bildirib.


Nəcəfi sonda qeyd etmişdi ki, xanımının 1362 qızıl sikkə qarşılığında təyin edilmiş mehriyyəsi qarşılığında ailəsinə 8 milyard tüməndən çox pul ödəməli olduğu təqdirdə, 10 milyon tümənlə razılıq alıb.



Nəcəfinin vəkili Həmidrza Qoudərzi bu günki çıxışında həmçinin qeyd edib ki, 2-ci məhkəmənin çıxarığı hökmdən də şikayət edəcəklər.


Qeyd etmək lazımdır ki, bəzi məlumatlarda rejim qüvvələrinin qisas hökmündən keçmək üçün Mitra Üstadın ailəsini təhdid etdikləri deyilir.
Bu xəbər oxucular tərəfindən 124 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed