Şrift:
İspaniyada son sutkada koronavirusdan 138 nəfər vəfat edib
16.05.2020 [10:32] - Gündəm, Sosial
İspaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 138 nəfər vəfat edib.


El Pais” verdiyi xəbərə görə, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.



Bildirilib ki, İspaniyada koronavirusdan ölənlərin sayı 27 459 nəfərə çatıb.


İspaniyada son sutka ərzində 549 yoluxma faktı qeydə alınıb. Ölkədə indiyə kimi COVID-19-a yoluxanların sayı 230 183 nəfərə çatıb.



144 mindən artıq şəxs xəstəlikdən sağalıb.
Bu xəbər oxucular tərəfindən 128 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed