Şrift:
Amerika 2020-ci ilin sonuna kimi əhalini coronovirusa qarşı vaksin etməyi palanıaşdırıb.
16.05.2020 [10:33] - Xəbərlər, Sağlıq
Amerika 2020-ci ilin sonuna kimi əhalini coronovirusa qarşı vaksin etməyi palanıaşdırıb. Prezident Donlad Tramp bu güm Pensilvaniya ştatına yola düşməzdən əvvəl, Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırarkən, Amerikanın virus qarşısında güclü dayandığını söylədi. O, virusa qarşı rəqəmlərdə möhtəşəm proqresimiz var dedi.

“Mənim administrasiyam çox kiçik mənbələrlə möhtəşəm nəticə alıb. Düşünürəm ilin sonunadək bizim əlimizdə vaksin olacaq. Vaksinin yayılması eyni zamanda başlayacaq. Biz hətta ordudan da bu məsələdə kömək alacağıq. Növbəti mətbuat konfransında sizə bu barədə daha dolğun informasiya verəcəm.”

Amerika prezidenti sulları cavablandırarkən, coronavirusla bağlı, Çinlə əlaqələrin daha da pisləşəcəyi xəbərini verdi.O, Çin rəhbəri ilə görüşməyə niyyəti olmadığını deməklə , dünyanın ikinci ən böyük iqdisadiyyatı ilə münasibətlərini yenidən gündəmə gətirdi.

“Biz hələ baxacağıq. Bizimlə Çin arasında çoxlu proseslər baş verir.Biz Çinlə münasibətlərimizdən indi xoşbəxt deyilik. Bizim Çinlə ticarət dövriyyəmiz çox yaxşı durumda idi, qəflətən ortaya virus atdılar. İndi Çin istəyir virusa görə, biz onlarla ticarət dövriyyəsini dəyişək. Guya Çin bu virusdan zədə alıb. Reallıqda isə bu belə deyil. Bu məsələdə Çin məsuliyyətli davranmayıb”

Prezident Tramp son bir neçə həftədə, bütün çıxışlarında Çinin coronavirusu nəzarət altına almamsından təəssüfləndiyini demişdi. Pandemiya rəsmi Pekinlə Vaşinqton arasında yanvar ayında imzalanan ticarət razılaşmasını da aşağı endirib. O, açıq şəkildə dedi ki,indiyədək çox yaxşı münasibət saxladığı Çin lideri Xi Jinpinglə, indi sadəcə danışmaq belə istəmir. Virus istər labaratoriyadan gəlsin, istərsə də yarasadan, bunun hamısı Çindən gəldi və onlar virusu dayandırmalı idilər.Sitatın sonu.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed