Şrift:
Gürcüstanda koronavirusa yoluxanların sayı 700-ə yaxınlaşır
16.05.2020 [11:58] - Gündəm, Sosial
Gürcüstanda koronavirusa 6 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı rəsmi stopcov.ge saytında məlumat verilir.

Bildirilib ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 677-yə çatıb. Onların 419-u müalicə olunaraq sağalıb, 12-si isə ölüb.

Hazırda ölkə üzrə karantində 3 873, stasionar nəzarətdə isə 393 nəfər saxlanılır. Xaricdən Gürcüstana gətirilən koronavirusa yoluxmuş 3 vətəndaş da ölkədə müalicə olunur.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed