Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb
16.05.2020 [12:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qərbi Aərbaycan əyalətində koronavirusa yoluxanların sayı 3660 nəfərə çatıb.



Bu barədə, Qərbi Aərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə Mediaya açıqlamasında məlumat yayıb.



Ağazadə əyalətdə koronavirusa yoluxanların sayının artdığını bildirib: “Son bir gün ərzində “Covid-19” virusu daşıyıcısı olmaqda şübhəli bilinən 423 nəfərdən test nümumələri götürülüb və həmin şəxslər arasında 81 nəfərinin test analizlərinin cavabı müsbət çıxıb.



Bununla da, Qərbi Azərbaycanda koronavirus xəstəliyinə yoluxanların sayı artaraq 3660 nəfərə çatıb. Xoşbəxtlikdən xəstəlikdən sağalanların sayı da artaraq, 1595 nəfərə yüksəlib. İnfeksiyaya ən çox yoluxma halları isə Urmiya, Xoy və Qoşaçay şəhərlərinə məxsusdur.



Bir daha bildiririk ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün vətəndaşlar gigiyena qaydalarına riayət etməli, sosial məsafə qaydalarına ciddi yanaşmalı və qeyri-zəruri vaxtlarda evdən çıxmaqdan çəkinməlidirlər” -deyə, Qərbi Aərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə bəyan edib.
Bu xəbər oxucular tərəfindən 216 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed