Şrift:
Qəzvində baş verən yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb
16.05.2020 [17:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Qəzvin şəhərində baş verən yol qəzasında 2 nəfər ölüb, 5 nəfər yaralanıb.



Mayın 14-də baş vermiş olayla bağlı jurnalistlərə açıqlama verən Qəzvin polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Rəhim Xamidi deyib ki, hadisə Qəzvin-Takistan magistral yolunda baş verib. Belə ki, “Neysan” tipli avtomobil “Prayd” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “Prayd” avtomobilinin sürücüsü və bir sərnişin yerindəcə həlak olub, 4 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.



Rəhim Xamidinin bildirdiyinə görə, Qəzaya isə, “Neysan” avtomobil sürücüsünün magistral yol qaydalarını pozaraq arxa dişli ilə hərəkət etməsi səbəb olub. Hadisənin detalları araşdırılır.



Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən yol-nəqliyyat hadisələrində ən azı 28 minə yaxın insan həyatını itirir.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed