Şrift:
Məlikanda 16 min litrdən çox qaçaq sənaye spirti aşkarlanaraq ələ keçirilib
16.05.2020 [17:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində 16 min litrdən çox qaçaq sənaye spirti aşkarlanaraq ələ keçirilib.



Şərqi Azərbaycanın hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əbdi mayın 14-də mediaya açıqlamasında deyib ki, polis əməkdaşları Məlikan şəhərində reyd keçirərkən şübhəli görünən yük maşınını saxlayıblar: “Yük maşınında yoxlama zamanı 12 milyard 150 milyon dəyərində olan 16200 litr qaçaq sənaye spirti aşkarlanaraq götürülüb.



Yük maşını sürücüsü saxlanılıb və barəsində cinayət işi açılıb. Bir daha bildiririk ki, hüquq-mühafizə qüvvələri bir sıra işbazların öz şəxsi qazancları üçün insanların sağlamlığını təhlükəyə salmasına imkan verməyəcək və bu kimi şəxslərə qarşı mübarizəsini davam etdirəcək” -deyə, Şərqi Azərbaycanın hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əbdi bildirib.



Qeyd edək ki, son iki ay yarım ərzində İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və onun stressindən qurtulmaq üçün spirtli içkilərə üz tutan insanların sayı sürətlə artıb. Nəticədə, ən azı 800-ə yaxın insan saxta spirtdən həyatını itirib, minlərlə nəfər isə xəstəxanalara düşüb.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed