Şrift:
Tacikistanda koronavirusa yoluxanların sayı 1322 nəfərdir
17.05.2020 [11:33] - Xəbərlər, Türk dünyası-Turan
Ötən sutka Tacikistanda COVID-19 koronavirusuna yoluxanların sayı 204 nəfər artaraq 1322-yə çatıb.

Tacikistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, son sutka ərzində 3 nəfər həyatını itirib və ölənlərin sayı 36-ya çatıb. Son 24 saat ərzində 417 nəfər sağalıb. Karantində 4326 adam var.

Xatırladırıq ki, Tacikistanda koronavirusa yoluxma faktı ilk dəfə aprelin 30-da rəsmən elan edilib.
Bu xəbər oxucular tərəfindən 117 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed