Şrift:
Özbəkistanda koronavirusa yoluxanların sayı 3 minə yaxınlaşır
17.05.2020 [11:40] - Gündəm, Türk dünyası-Turan
Son sutka ərzində Özbəkistanda koronavirusa yoluxanların sayı 52 nəfər artaraq 2741-ə çatıb.

Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti verir ki, bu günədək 2213 xəstə sağalıb, 11 pasyentin vəziyyəti isə ağır olaraq qalır. Virusa yoluxanlardan 11 nəfərin öldüyü, 517 nəfərin isə müalicə olunduğu bildirilir.

Koronavirusla bağlı operativ qərargahın yaydığı məlumata görə, son iki gündə Sinqapur və Malayziyadan çarter reysi ilə 237 Özbəkistan vətəndaşı Daşkəndə gətirilib və onlar karantinə alınıb.
Bu xəbər oxucular tərəfindən 118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed