Şrift:
Amerikanın Nümayəndələr Palatası 3 trilyon dollarlıq yardım paketini qəbul edib
17.05.2020 [12:03] - Xəbərlər, Sosial
Amerikanın Nümayəndələr Palatası koronavirusdan zərərçəkənlərə 3 trilyon miqdarında yardım göstərmək barədə qanun layihəsini qəbul edib. Demokratlar tərəfindən hazırlanmış qanun layihəsi amerikalılara koronavirusa qarşı mübarizə aparmaq və pandemiyanın yayılmasından zərər çəkmiş qeyri-sabit iqtisadiyyatın stimullaşdırılmasını nəzərdə tutur.



Qanun layihəsinin lehinə 208, əleyhinə isə 199 konqresmen səs verib. Prezident Tramp qanun layihəsi ilə bağlı artıq öz narazılığını bildirib və çox güman ki, bill respublikaçıların nəzarətində olan Senat tərəfindən qəbul olunmayacaq.



Qeyd edək ki, bundan əvvəl Konqresdəki respublikaçılar və Prezident pandemiya dövründə kiçik biznesin qorunması məqsədilə yeni tədbirlərin və əlavə vergi güzəştləri tətbiq etməyin vacibliyini söyləmişdilər. Lakin Senatın bu qanun layihəsini qəbul edəcəyi ciddi şübhələr doğurur. Buna baxmayaraq, demokratlar tərəfindən atılmış bu addımın respublikaçılar və Donald Trampla danışıqların yeni mərhələsinə zəmin yaradacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 63 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed