Şrift:
Təbrizdə “Gözəl vətən” jurnalının yeni sayı yayımlanıb
17.05.2020 [12:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Təbriz şəhərində “Gözəl vətən” öyrənci nəşriyyəsinin ikinci sayı yayımlanıb.





Təbriz “Pəyame Nur” universitetinin türk öyrənciləri tərəfindən nəşr olunan “Gözəl vətən” dərgisində ictimai, mədəni və elmi mövzularda türkcə-farsca məlumatlar dərc edilir.





Jurnalın bu sayında “Kəsrəvi və təhrifləri”, “İranda yaşayan iltisaqi dilli xalqlar”, “daşbabalar”, “damğalar”, “cəmiyyətdə qadının yeri”, “Azərbaycan qadınları”, “İslamda qadın hüquqları”, “İran Konstitusiyasının 15-ci, 19-cu və 48-ci maddələrinin insan haqları və İslam hüququ yönündən tədqiqi”, “koronavirus pandemiyasının hüquqi cəhətlərinin araşdırması” mövzularından bəhs olunub.





Koronavirus pandemiyasının yayılması və universitetin tətil olduğuna görə jurnalın ikinci sayı elektorn şəkildə yayımlanıb. Jurnalın PDF nüsxəsini buradan oxumaq olar:



https://t.me/kanunazarbaijan/1078
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed