Şrift:
Validən bələdiyyə rəsmisinin azərbaycanlılara qarşı çirkin açıqlamasına cavab
17.05.2020 [16:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədrza Purməhəmmədi Tehranın Bələdiyyə rəsmisinin azərbaycanlı və təbrizli dilənçilərin mərkəzə üz tutması iddialarına cavab verib.





Vali “Azərbaycan fəxrlərinin Tehran rəsmilərinə yenidən xatırlatmasının zəruri olduğunu” vurğulayıb.





Ötən həftə İran Prezidenti Həsən Ruhani Təbrizin dilənçisiz şəhər olmasını təqdir edərək başqa şəhərlərin məsullarını Təbrizdən nümunə götürməyə çağırmışdı.





Buna cavab olaraq Tehran Bələdiyyə İdarəsinin rəsmisi Seyid Malik Hüseyni paytaxtın istixanalarında yaşayanların çoxunun Azərbaycan və Təbrizdən paytaxta gedən insanlar olduğunu, Təbrizdə dilənçilik probleminin təmamilə həll olunmadığını, əksinə bu problemin Təbrizdən mərkəzə köçürüldüyünü iddia etmişdi.





Şərqi Azərbaycan əyalətinin valisi Purməhəmmədi Hüseyninin çirkin ifadələrinə cavab olaraq “prezidentin açıqlamaları sanki paytaxtda yaşayan bəzi dostların xoşuna gəlməyib. Müəyyən reaksiyalara şahid olduq. Təbrizin və Azərbaycanın bəzi fəxrlərini yenidən xatırlatmaq lazım olduğunu düşünürəm”- şəklində açıqlama verib.





Öz varlıqlarımızı tanıtmalıyıq deyən vali, Azərbaycanın İranda müasirləşmənin başlanğıc nöqtəsi olduğunu qeyd edib.





“Bir çox yeniləşmə prosesi Təbrizdən və Azərbaycandan başlayıb. 700 il əvvəl bu şəhərdə universitet yaradılıb. Təbriz müxtəlif dövrlərdə İran tarixində dönüş nöqtələrinin yaşandığı şəhərdir”-deyə o artırıb.





Purməhəmmədi həmçinin gerçəklərin söyləməsinin zəruri olduğunu vurğulayıb: “Bəzilərinin sui-istifadə edə biləcəyi bəhanəsi ilə qazandığımız uğurları söyləməmək nankorluqdur”.





Vali eyni halda Şərqi Azərbaycanda əhalinin ciddi iqtisadi və ictimai problemlərlə üzləşdiyini etiraf edib.





Onun sözlərinə görə, Şərqi Azərbaycan əhalisinin 10 faizi Zəlzələ və torpaq sürüşməsi kimi təhlükələrlə üz-üzə olan kənar məhəllələrdə yaşayır.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed