Şrift:
Misirdə son sutkada koronavirusa 510 nəfər yoluxub
18.05.2020 [09:52] - Gündəm, Sağlıq
Misirdə son sutka ərzində COVID-19 virusuna 510 yoluxma halı qeydə alınıb.

Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 12 min 229 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın17-də COVID-19 virusundan 18 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 630 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 222 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 3172 pasiyent tam müalicə olunub.

Misir hökuməti Ramazan bayramında karantin tədbirlərini yenidən sərtləşdirəcək. Belə ki, mayən 24-dən 29-dək küçəyə çıxma qadağası yenidən axşam saat 17:00-dək olacaq, bütün mağazalar, ticarət mərkəzləri və parklar bağlanacaq, ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq. Mayın 30-dan etibarən tibbi maska taxmayanlar isə cəzalandırılacaq.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed