Şrift:
İranın təhsil naziri: “Şagirdlərin yalnız 10-15 faizi məktəbə gəlib dərslərə qatılıblar”
18.05.2020 [09:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın təhsil naziri Möhsün Hacı Mirzayi mayın 17-də mediaya açıqlamasında ölkədə koronavurusun yayılması səbəbilə iki ay tətil edilən ibtidai və orta məktəblərin öz fəaliyyətini yenidən bərpa etməsindən danışıb.



Məktəblərin oktabr ayından başlayaraq yenidən bağlanılacağı ilə bağlı yayılan xəbərləri “şayiə” adlandıran nazir deyib ki, İranda məktəblər dünəndən (mayın 16-da) yenidən açılıb: “Lakin Koronavirusa qarşı Milli Mübarizə Qərargahının qərarına əsasən, şagirdlərin məktəbə gəlib dərslərə qatılması zəruri və vacib sayılmır. Şagirdlər yalnız dərslə bağlı problemlərini həll edib aradan qaldırmaq üçün məktəbə gəlib müəllimlərindən yardım istəyə bilərlər.



Hazırda isə, məktəblərin açılışından sonra şagirdlərin yalnız 10-15 faizi məktəbə gəlib dərslərə qatılıblar.



Həmçinin, bizə daxil olan məlumatlara əsasən, ölkədə koronavirus xəstəliyi yayıldığı vaxtda bir sıra məktəblər şagirdlərə bəzi xidmətlərin göstərilməsi qarşılığında valideynlərdən pul alsalar da, nə vəd etdikləri xidməti göstətiblər, nə də aldıqları pulu onlara qaytarıblar. Bu problem həll olunmalı və məktəblər şagird valideynlərindən aldıqları pulu geri qaytarmalıdırlar” -deyə, İranın təhsil naziri Möhsün Hacı Mirzayi mediaya açıqlamasında bəyan edib.
Bu xəbər oxucular tərəfindən 267 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed