Şrift:
Ərdəbildə koronavirusa yoluxanların sayında rekord artım
18.05.2020 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Ərdəbil əyalətində bir gündə 74 koronavirusa yoluxma faktı qeydə alınıb.





Ərdəbil əyalətinin vali müavini Behruz Nedai bu rəqəmin epidemiyanın başlanmasından bəri rekord göstərici hesab olunduğunu vurğulayıb.





Cümə günü əyalətdə infeksiyaya yoluxanların sayı 35 nəfər olaraq qeydə alınıb. Bu rəqəm növbəti gün iki dəfə artaraq 74 nəfərə çatıb.





Nedai bu məsələdə xalqı günahlandıraraq vətəndaşların xəstəliyin bitdiyini düşünərək qaydalara riayət etmədiklərini iddia edib.





O , vətəndaşların sosial məsafənin saxlanılması kimi tədbirlərə əməl etmədikləri təqdirdə əyalətdə pandemiya ilə əlaqədar fövqəladə vəziyyətin davam edəcəyini bildirib.





İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed