Şrift:
Təbrizin tarixi strukturu tam məhv olmaq astanasında
18.05.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Müxtəlif dövrlərin yadigarlarını qoruyub saxlayan Güney Azərbaycanın ən qədəm şəhərlərindən olan Təbrizin tarixi strukturu məsulların bacarıqsızlığı və laqeydliyi üzündən tam məhv olmaq ərəfəsindədir.





Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin müavininin verdiyi məlumata görə, Təbrizin tarixi strukturundan yalnız onda bir hissəsi qalıb, qalanı isə tamamilə məhv edilib.





Əlirza Quçi qanunsuz inşaat işlərinin dayandırılmasının zəruri olduğunu vurğulayıb.





O əlavə edib ki, tarixi strukturun yenidənqurması planının üç il əvvəl 10 ay müddətində tamamlanması nəzərdə tutulsa da bu gerçəkləşməyib.





Bərpa və təmir üçün nəzərdə tutulmuş layihələr sırasına “Rəbi-Rəşidi” şəhərciyinin yerləşdiyi ərazinin mülkiyyətinin alınması, Təbrizin tarixi məntəqələrində bələdiyyə ilə ortaq proyektlərin həyata keçirilməsi, Çarminarın bərpası, Həsən Paşa meydanı, 12 tarixi evin təmiri və sairə kimi planlar daxildir.





Qeyd edək ki, keçən günlərdə Təbrizdə iki tarixi abidə - Qacarlar dövrünə aid “Babaxan Evi” və “Ağa Nəqi hamamı”- yararsız vəziyyətə salınıb.





Azərbaycanın tarixi məkanlarının tədricən məhv edilərək sıradan çıxarılması prosesi sistemli şəkildə müxtəlif şəhər və kəndlərdə həyata keçirilir. Halbuki, Fars bölgələrində bunun əksinə şahid oluruq. İsfahanda “Nəqş-i Cahan” Meydanının təkcə binası deyil, hətta havası da dövlət tərəfindən xüsusi olaraq qorunur. Dövlət təyyarələrinin uçuşu nəticəsində yaranan titrəyişin tarixi binaya ziyan verməsindən ehtiyat edərək təyyarələrə meydanın üzərində aşağı hündürlükdə uçmağa icazə verilmir. Bu, Güney Azərbaycandakı tarixi məkanlara olan münasibətə heç bir şəkildə uyğun gəlmir.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed