Şrift:
Sistan-Bəlucistanda koronavirusa yoluxanların sayı 1140 nəfərə çatıb
18.05.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Sistan-Bəlucistan əyalətində koronavirusa yoluxma halları sürətlə artır.



Bu barədə, Zahidan Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Haşimi Şəhri mayın 17-də mediaya açıqlama verib.



Haşimi Şəhri bildirib ki, Sistan-Bəlucistanda son bir gün ərzində 41 yeni koronavirusa yoluxma halı aşkar edilərək qeydə alınıb: “Bununla da əyalətin müxtəlif bölgələrində “Covid-19” infeksiyasına yoluxanların sayı 1140 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 289 nəfərə yüksəlib” -deyə, Zahidan Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Haşimi Şəhri bəyan edib.



Haşimi Şəhrinin dediyinə görə, pandemiyadan həyatını itirənlərin əksəriyyəti tənəffüs yollarında yaranmış problemə görə xəstəxanalara müraciət edən xəstələr olub.
Bu xəbər oxucular tərəfindən 88 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed