Şrift:
Iran Hormoz boğazında təxrbatlar hazırlayır
15.10.2012 [15:34] - Sosial
İran müdhiş fəlakət hazırlayır

Qərbin ağır iqtisadi sanksiyaları və embarqolarına məruz qalmış İran qisas almaq üçün ekoloji fəlakət planı hazırlayıb.
Der Spiegel bildirir ki, ABŞ ilə yanaşı, Avropa Birliyi ölkələrinin bəzilərinin kəşfiyyat strukturlarının əldə etdikləri məlumatlara görə, Qərbin sanksiyaları ucbatından çox ağır günlər yaşayan və iqtisadiyyatı çökməyə başlayan İranın gündəlik neft ixracının tam yarısı dayandırılıb.
Qisas almaq fikrinə düşən İran rəhbərliyi ekoloji fəlakətdən yararlanmaq fikrindədir.
"Bulanmış sular" adlı plana görə, İran dünya neftinin 35 faizinin nəql olunduğu Hörmüz boğazında iri neft tankerini partladacaq.
İrandakı "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Pasdaran") hərbi-dəniz qüvvələrinin komandanı, admiral Əli Fədavi və "Pasdaran"ın quru qoşunlarının komandanı Məhəmməd Əli Cəfərinin hazırladıqları plana görə, tanker partladılandan sonra Hörmüz boğazına böyük miqdarda neft sızacaq və beynəlxalq neft daşımalarının reallaşdırıldığı dar boğaz qapanacaq.
Dünya bazarlarında xam neft sürətlə bahalaşacaq, Qərb ölkələri böyük xərcə düşəcək, Fars Körfəzindəki ərəb ölkələrinin neft ixracı isə əhəmiyyətli şəkildə azalacaq.
Planın nə zaman və hansı formada reallaşdırılacağı bəlli deyil.
İstənilən halda bu planı İranın ali dini lideri ayətulla Əli Xamneyi təsdiqləməlidir.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed