Şrift:
Ukraynada koronavirus: 18616 nəfər yoluxub, 535-i ölüb
18.05.2020 [11:56] - Gündəm, Sağlıq
Ukraynada son sutkada 325 nəfər koronavirusa yoluxub, 21 nəfər isə ölüb.

Ölkənin Səhiyyə Nazirliyi xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 18 min 616 nəfərə çatıb. Koronavirusdan ölənlərin sayı 535 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 5276 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə mayın 22-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed