Şrift:
Ermənistanda COVID-19 virusuna yoluxanların sayı kəskin artıb
18.05.2020 [11:57] - Gündəm, Sağlıq
Ermənistanda COVID-19 virusuna yoluxanların sayı kəskin artıb. Son 24 saat ərzində Ermənistanda 351 nəfər koronavirusa yoluxub. Bir nəfər isə koronavirusdan ölüb.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, hazırda Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 4823 nəfərə çatıb. Son bir gün ərzində daha bir nəfər ölüb və ölkədə koronavirusdan ölənlərin sayı 61 nəfərə yüksəlib.
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed