Şrift:
Afrikada koronavirusa yoluxma hallarının sayı 84 mini keçib
18.05.2020 [15:21] - Xəbərlər, Siyasət
Afrika qitəsində 84 mindən çox insan koronavirus infeksiyasına yoluxub, bu xəstəlikdən ölənlərin sayı isə 2,7 min nəfəri keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyi məlumat yayıb.

Təşkilatın məlumatına görə, Afrika qitəsində COVID-19 infeksiyasına yoluxmaların sayı 84 183 nəfərə, ölənlərin sayı 2 739 nəfərə çatıb, 32 mindən çox insan xəstəlikdən sağala bilib.

Ən çox yoluxma halları Cənubi Afrika Respublikasında (15 min 515 nəfər), Misirdə (11 min 719 nəfər), Əlcəzairdə (7 min 19 nəfər), Mərakeşdə (6 min 798 nəfər), Nigeriyada (5 min 959 nəfər) və Qanada (5 min 735 nəfər) qeydə alınıb. Qitədə koronavirus infeksiyası səbəbindən ölənlərin sayına görə Misir (612 nəfər) və Əlcəzair (548 nəfər) liderlik edir.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 14:50-yə olan məlumatına əsasən, dünyada 4 milyon 819 mindən çox yoluxma və 316 min 961 ölüm faktı qeydə alınıb, 1 milyon 864 min 269 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed