Şrift:
İranda koronavirusdan ölənlərin sayı yenidən yüksəlib
18.05.2020 [15:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda son 1 sukta ərzində 2294 yeni yoluxma halı ilə koronavirus xəstələrinin ümumi sayı 122492 nəfərə yüksəlib.



Bu barədə məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ötən 24 saat ərzində infeksiyadan 69 nəfərin öldüyünü deyib. O, bununla da ölkədə koronavirus pandemiyasının qurbanlarının ümumi sayının 7057-yə yüksəldiyini qeyd edib.



Cahanpurun iddiasına görə, indiyədək infeksiyaya yoluxanlardan 95661 nəfəri sağalaraq evə buraxılıb.



Cahanpur sonda vəziyyəti xüsusi ağır olan 2712 xəstənin hazırda intensiv terapiya şöbələrində öz müalicəsini davam etdirdiyini deyib.



Qeyd etmək lazımdır ki, istər iranlı rəsmilərdən bəziləri, istərsə də digər mənbələr Səhiyyə Nazirliyinin təqdim etdiyi statistikaların reallığı əks etdirmədiyini deyirlər. İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 43000 nəfəri keçdiyini, 1 milyondan çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed