Şrift:
Belarusda COVID-19-dan ölənlərin sayı 171-ə çatıb
18.05.2020 [15:48] - Gündəm, Sosial
Belarusda son bir gün ərzində koronavirusa (COVID-19) 922 nəfər yoluxub, 6 nəfər isə ölüb.

Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 30 min 572 nəfərdir. Onlardan 10 min 130 nəfəri tam sağalaraq evə buraxılıb, 171 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 364 mindən artıq test aparılıb.
Bu xəbər oxucular tərəfindən 178 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed