Şrift:
Çində 5G şəbəkəsi üzrə 200 mindən çox baza stansiyası quraşdırılıb
18.05.2020 [16:16] - Xəbərlər, Siyasət
Çində 5-ci nəsil mobil rabitə (5G) şəbəkəsi üzrə indiyədək 200 mindən çox baza stansiyası quraşdırılıb.

Bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, ölkənin əsas mobil rabitə operatoru olan "China Mobile" ilin sonunadək 300 min 5G bazası quraşdırmağı planlaşdırıb. “China Unicom” isə “China Telecom” ilə birlikdə bazaların sayını 250 minə çatdırmağı hədəfləyib.

Qeyd edək ki, ötən il oktyabrın 31-də Pekində keçirilən illik beynəlxalq poçt və telekommunikasiya sərgisi çərçivəsində Çinin üç mobil rabitə operatoru abunəçilərə 5G şəbəkə xidmətləri göstərməyə başladıqlarını elan edib. Mobil rabitə operatorları noyabrın 1-dən etibarən 5G şəbəkəsi üzrə internet paketlərini satışa çıxarıblar. Cari il yanvarın 16-da isə Çinin “GalaxySpace” şirkətinə məxsus ilk özəl 5G peyki orbitə çıxarılıb.
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed