Şrift:
Misirdə son sutkada koronavirusa 535 nəfər yoluxub
19.05.2020 [09:32] - Gündəm, Sağlıq
Misirdə son sutka ərzində koronavirusa rekord sayda - 535 yoluxma halı qeydə alınıb.

Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 12 min 764 nəfərə çatdığı qeyd olunur.

Məlumatda mayın18-də COVID-19 virusundan 15 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 645 nəfərə çatdığı bildirilib. Misirdə daha bir jurnalist koronavirusdan vəfat edib. Mətbuat Şurasının üzvü Ələddin Əl-Səid xəstəxanada vəfat edən ikinci media nümayəndəsidir.

Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 268 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 3440 xəstə tam müalicə olunub.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed