Şrift:
Lesotonun Baş Naziri istefa verib
19.05.2020 [09:33] - Xəbərlər, Siyasət
Keçmiş həyat yoldaşının qətlində şübhəli bilinən Lesotonun Baş Naziri Tomas Tabane istefa verdiyini açıqlayıb

Afrikanın cənubunda yerləşən Lesoto Krallığının parlamenti mayın 22-də hökumətin yeni başçısını seçmək üçün fövqəladə iclas keçirəcək.

Lesoto konstitusiyalı monarxiyadır və bu ölkənin Kralı parlamentdə çoxluq təşkil edən partiyanın namizədini Baş Nazir təyin edir. Tomas Tabane 2017-ci ildən hökumətə rəhbərlik edib və hazırda əleyhinə qaldırılan cinayət işi səbəbindən istefa verməyə məcbur olub.

Oqtay Bayramov
Bu xəbər oxucular tərəfindən 240 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed