Şrift:
Məhkəməyə müraciət edən milli fəalın vəziyyətindən heç bir xəbər yoxdur
19.05.2020 [13:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
mayın 18-i səhər saatlarında Urmiya məhkəməsinin hökmləri icra edən şöbəsinə gedən milli-mədəni fəal Qulam Qulizadənin vəziyyəti barədə heç bir xəbər yoxdur.





Bir il həbs cəzasına məhkum edilən Urmiya sakini Qulizadə dünən cəzanın icrası üçün hökmləri icra edən məhkəmənin 9-cu şöbəsinə gedib.





Qulam Qulizadə 2018-ci ilin iyul ayının 5-də, Kəleybərdə təşkil edilən “Babək qalası” mərasimində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı. Saxlanılan zaman fəal onlar tərəfindən möhkəm döyülmüşdü. Qulizadə, bir gün xəstəxanada müalicə aldıqdan sonra Urmiyanın Mərkəzi Həbsxanasına köçürülmüşdü.





Qulam Qulizadə 25 gündən sonra mülki vəsiqə ilə cinayət işinin tamamlanması və məhkəmənin keçirilməsinə qədər zaminə buraxılmışdı.





Qulizadə Urmiya İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” ittihamları ilə 5 il həbs cəzasına məhkum edilib. Lakin daha sonra Urmiyanın Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi verilən cəzanın müddətini bir ilədək azaldıb.





Fəal mədəni və ictimai fəaliyyətlərinə görə, dəfələrlə “İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu xəbər oxucular tərəfindən 326 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed